İran Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin inkişafında qətiyyətli və ciddidir.
Qafqaz mədəniyyət mərkəzi – Bunu İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian Iranda səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov görüşdə deyib.
M.Kərbasian Həsən Ruhaninin prezidentliyi dövründə Azərbaycan və İran arasında əlaqələrin inkişafından danışıb: “Bu müddət ərzində iki ölkənin prezidentləri 10 dəfə bir-biri ilə görüşüb. Azərbaycan prezidenti İlham Əliyevin Tehrana sonuncu səfəri zamanı iki ölkənin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının üzərinə önəmli öhdəliklər qoyulub”. M.Kərbasian İran və Naxçıvan MR arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb: “Biləsuvarda, Poldəşt və Polçubi (Culfa) sərhəd keçid məntəqələrində əməkdaşlıqlarımız artırılmalıdır. Ticarət, turizm, bankçılıq, tranzit, sənaye və dəmir yolu sahəsinə əməkdaşlıqları daha da inkişaf etdirməliyik”.
Görüşdə V.Talıbov İran və Naxçıvan MR arasında iqtisadi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb. O İran və Naxçıvan MR ilə əməkdaşlıq mehvərlərini elektrik enerjisinin mübadiləsi, İrandan qazın alışı, kənd təsərrüfatı sahəsində əməkdaşlıq kimi məsələlər olduğunu vurğulayıb. V.Talıbov Naxçıvanda ildə 20 meqavat günəş enerjisi istehsal olunduğunu vurğulayıb və deyib ki, bu il Naxçıvan MR və İran arasında 80 milyon kilovat enerji mübadiləsi olub. “Bu həcmin daha da artırılmasına hazırıq”, deyə. V.Talıbov vurğulayıb. O qeyd edib ki, Naxçıvan MR yağıntıların çox olduğu fəsillərdə su elektrik stansiyasında daha çox enerji istehsal edir və artıq istehsal olunan enerjinin İrana satılması haqqında danışıqlar aparmağa hazırdır.