ArxivXəbər lentiXəbərlər

Zülfüqar Mikayılzadənin həbs müddəti artırıldı

İlahiyyatçı Zülfüqar Mikayılzadənin həbs müddəti artırılıb

 İslamazeri.az-ın əldə etdiyi məlumata görə, ötən il Nardaran hadisələrindən bir neçə gün sonra həbs olunan ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin həbs müddəti 2 ay artırılıb. Hazırda o, Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılır. Qeyd edək ki, Zülfüqar Mikayılzadə 2010-cu ildə AİP üzvlərinin həbs olunması zamanı həbs olunmuş, 2011-ci ilin oktyabr ayında 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunmuşdu. Şərti müddətinin bitməsinə bir ay qalmış, Nardaran olayları zamanı evində saxlanılaraq məhkəməyə aparılıb. Məhkəmə isə, onun haqqında  3 aylıq həbs qəti-imkan tədbiri seçmişdi. Onuda qeyd edək ki,  Zülfüqar Mikayılzadə ilahiyyatçı olmaqla yanaşı, Quran hafizi, Quran və hədis elmləri üzrə mütəxəssis alimdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button