ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı İŞİD-çilər Türkiyədə saxlanıldı

Türkiyənin İstanbul, Ankara, Kocaeli, Sakarya, Antalya və Konya şəhərlərində anti-terror əməliyyatları keçirilib.

ANS PRESS-in yerli bürosunun Türkiyə Daxili İşlər Nazirliyinin Mətbuat Mərkəzindən əldə etdiyi məlumata görə, Konya şəhərində keçirilən əməliyyatlar zamanı 25 İŞİD terrorçusu Terrorla Mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu şəhərdə böyük miqyaslı terror aktı törətməyə hazırlaşan terrorçuların arasında 2 nəfər azərbaycanlı da olub. Hələlik təhlükəsizlik səbəbindən şəxsiyyətləri məxfi saxlanılan azərbaycanlı terrorçular bəzi hüquqi proseslərdən sonra Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil veriləcəklər.

Ötən gecə Türkiyədə bu istiqamətdə 6 saata yaxın davam edən anti-terror əməliyyatları zamanı 97 nəfər Terrorla Mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanlardan 2 nəfəri azərbaycanlı, 2 nəfəri rus, 7 nəfəri azyaşlı uşaq və 17 nəfəri qadındır.

Bundan başqa Suriyadan Türkiyənin Qaziantep vilayətinə keçməyə çalışan 17 İŞİD üzvü yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onların arasında da azərbaycanlı olması istisna olunmur.

Faktla bağlı araşdırmalar davam edir.

Bu il oktyabr ayının 10-da Türkiyənin paytaxtı Ankarada 102 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra başladılan istintaqda izlər bu hadisədə İŞİD terror qruplaşmasının əli olduğunu göstərirdi. Hazırda Türkiyə Daxili İşlər Nazirliyi Terrorla Mübarizə şöbəsi əməkdaşlarının İŞİD qruplaşmasına qarşı əməliyyatları davam edir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button