Azərbaycan Respublikası jurnalistlərindən ibarət bir heyət vəhdət həftəsinin gəlib çatması münasibətilə İranın şərqində yerləşən müqəddəs Məşhəd şəhərinə səfər edib.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi İRİB-nin Bakıdakı müxbirinə verdiyi müsahibədə deyib: Astane Qüdse Rəzəvinin və İmam Rza(ə)-ın pak məqbərəsiin tanıtdırılması Azərbaycanlı jurnalistlərdən ibarət heyətin Məşhəd şəhərinə səfərinin təşkil edilməsinin başlıca məqsədini daşıyır.
Azərbaycanlı jurnalistlərdən ibarət heyətin sədri Mürtəza Bünyadov da deyib: Ümidvaram bu səfər Rəzəvi Xorasanı əyalətinin tarixi və mədəniyyəti habelə, potensialları ilə tanış olmaq və bu məlumatların Azərbaycan xalqına çatdırılması, iki tərəf arasında mədəni və media əlaqələrinin inkişaf etdirilməsi üçün münasib bir fürsət olmuş olsun.