ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanlı politoloq Rusiyanı Qarabağda ilhaqçı güc kimi çıxış etməkdə ittiham edib

ABŞ-da mühacirətdə yaşayan siyasi şərhçi Ərəstun Oruclu Rusiya “sülhməramlıları”nın Dağlıq Qarabağdakı missiyalarını tənqid atəşinə tutub.

Qafqaz.ir xəbər verir, Oruclu PİA Xəbər Portalı ilə müsahibədə deyib ki, Rusiya “sülhməramlı”larının Dağlıq Qarabağdakı fəaliyyətləri həm üstərəfli bəyanatın, həm Azərbaycan qanunvericiliyinin, həm də beynalxalq hüququn həddlərini çoxdan aşıb və faktiki olaraq Moskva Dağlıq Qarabağda ilhaqçı güc kimi çıxış edir.

Onun sözlərinə görə, son zamanlar Dağlıq Qarabağda yerləşən separatçılar və onlara aid olan qanunsuz silahlı birləşmələr açıq şəkildə Rusiyanın qanadları altına girərək Azərbaycana qarşı təhdidlər səsləndirməkdədirlər. Separatçıların yeni ordu və istehkamlar yaratmaq barədə verdikləri bəyanatlar isə Rusiyanın üçtərəfli bəyanatda elan olunan sülhməramlı missiyası ilə qətiyyən üst-üstə düşmür. Açıq şəkildə görünür ki, Moskvanın əsas məqsədi separatçıları daha da gücləndirmək və yenidən Azərbaycanla üz-üzə qoymaqdır.

Politoloq qeyd edib ki, Rusiya “sülhməramlı” Dağlıq Qarabağa problemi həll etmək üçün deyil, problemi uzatmaq və erməni separatizminə qol-qanad vermək üçün gəliblər.

Ərəstun Oruclu xatırladıb ki, sülhməramlı missiyanı həyata keçirmək üçün müvafiq mandat olmalıdır və bu sülhməramlı qüvvə bir ölkədən ibarət ola bilməz. Ona görə də Rusiyanın bölgəyə göndərdiyi “çəkic gücü”n sülhməramlı adlandırımasının özü yanlışdır. Bu gün Rusiya faktiki olaraq Qarabağda həm öz təsir dairəsini genişləndirməyə, həm Azərbaycanı təcrid etməyə, həm də oradakı seperatçı rejimi diriltməyə çalışır. Ona görə də Azərbaycan hərbiçilərinə qarşı müxtəlif səpkili təxribatlar, diversiyalar həyata keçə bilər. Bu təxribatlar ona görə olacaq ki, Rusiya “sülhməramlı”ları bölgədə daha böyük ərazini nəzarətlərinə keçirsinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button