ArxivXəbər lentiXəbərlər
Azərbaycanlı prodüser borca görə böyrəyini satır

Prodüser Mikayıl Hüseynov böyrəyini satır. Bu haqda Axşam.az-a prodüserin özü xəbər verib:
“Banka 8900 manat kreditim var, ödəyə bilmirəm. Maşınımı əlimdən alırlar. Böyrəyimi satıram. 15 min manata satacam. Dolana bilmirəm, başqa əlacım yoxdur. Bu pulla bütün borclarımı ödəməyi düşünürəm”./lentaz/