ArxivIslamXəbər lentiXəbərlər
Rusiya əhalisinin 30%-i müsəlman olacaq

15 ildən sonra Rusiya əhalisinin 30 faizini müsəlmanlar təşkil edəcək”
Bu sözləri Rusiya Müsəlmanlarının Dini İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin səsləndirib.
“Bacarıqlarına şübhə etmədiyimiz mütəxəssislərin proqnozlarına əsasən, 15 ildən sonra Rusiya əhalisinin 30 faizini müsəlmanlar təşkil edəcək”, – deyə Rusiya Dövlət Dumasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Rusiyanın bölgələrində məscid çatışmazlığı yaşanır.
Qeyd edək ki, hazırda Rusiyanın əhalisinin 7%-ni və ya təxminən 10 milyon nəfəri müsəlmanlar təşkil edir.