ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanlı ruhanilər mərcəyi-təqlidlərin qonağı olub

Hacı İlqar İbrahimoğlu və Hacı Sərdar Hacıhəsənli mərcəyi-təqlidlərinin qonağı oldu
Qafqaz.ir Deyerler.org-a istinadən xəbər verir ki, ölkənin ruhani alimləri Hacı İlqar İbrahimoğlu və Hacı Sərdar Hacıhəsənli əziz İslam Peyğəmbərinin (s) nurani Mövludu ərəfəsində müqəddəs Məsumeyi-Qum şəhərində İslam dünyasının böyük mərcəyi-təqlidlərinin qonağı olmuşdular.

Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani ilə baş tutan görüşlərdə son məhərrəm-səfər əyyamının keçirilməsi, Ərbəin ziyarətində Hüseynsevərlərin möhtəşəm iştirakı ətrafında danışılmışdır.

Böyük İslam alimləri qonaqlardan ölkələrindəki inanclıların vəziyyəti ilə bağlı maraqlanmışlar. Görüşdə azərbaycanlı alimlərə ölkələrindəki islami fəaliyyətlərində böyük uğurlar arzulamışlar. O cümlədən onların salamını bütün Azərbaycan möminlərinə çatdırılmasını istəmişlər.

Səfərinin davamında Tehranın cümə namazlarının xətiblərindən olan, böyük əxlaq ustadı Ayətullah Siddiqi ilə görüş keçirilmişdir. Çox maraqlı və mənəvi keçən görüşdə, dəyərli əxlaq ustadı azərbaycanlı alimlərə mənəvi yüksəliş mövzusunda nurani tövsiyələrini vermişdir.

Görüşlərin yekununda, azərbaycanlı alimlər əziz İslam Peyğəmbərinin (s) nurani Mövlud həftəsində keçiriləcək (15-16 dekabr) İslam məzhəblərinin vəhdət və yaxınlaşma Assambleyasının konfransına rəsmi dəvət almışlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button