ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanlı, rusiyalı və polşalı İŞİD-çi qadınlar Suriyada sahibsiz qalıblar – Foto/Video

Suriyada İŞİD terror qruplaşmasını müdafiə edən və onlara qoşulan çox sayda insan hazırda kimsəsiz vəziyyətdə qalıb.

 İraq, Rusiya, Azərbaycan və Polşadan İŞİD-ə qoşulan qadınlar hazırda ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nin nəzarətindədirlər.   Rusiyalı, azərbaycanlı, polşalı qadınlar, indoneziyalı uşaq və yezidi qadınlar hazırda SDQ qüvvələrinin nəzarət etdiyi ərazilərdədirlər.  
Bundan əlavə, digər millətlərdən olan yüzlərlə qadın və uşaq da kürdlərin düşərgəsinə gətirilib. Onlar bir zamanlar İŞİD terror qruplaşmasına dəstək vermək üçün öz ölkələrini tərk edib, bu torpaqlara gəlmişdilər.
Qeyd edək ki, SDQ qüvvələrinin İŞİD-ə qarşı keçirdiyi əməliyyatlardan sonra çox sayda İŞİD tərəfdarı qadın, uşaq və terrorçu təslim olub. Təslim olanlardan bəziləri artıq ölkələrinə təhvil verilib. Bəziləri isə hələ də kürdlərin düşərgələrində saxlanılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button