ArxivXəbərlər

Azərbaycanlı Türkiyədə prezidentliyə namizəd oldu

Türkiyə prezidentliyinə müxalifətin vahid namizədi Ekmaladdin İhsanoğlu əslən azərbaycanlı imiş.

Azərbaycana səfər edən zaman o, Şamaxıya gedərək ulu babalarının məzarını da ziyarət etmişdi. Yerli telekanallara müsahibəsində Şirvan əsilli olduğunu deyib. İhsanoğlunun nəsli XVIII əsrdə Səfəvi-Osmanlı çəkişmələri zamanı Şirvandan Yozqata mühacirət ediblər.
Babasının doğulduğu Yozqat türkmənlərin sıx yaşadığı yerdir. Zülqədərlu (osmanlıca Dulkadaroğulları) elatının məskunlaşdığı vilayətdir. Zülqədərlular əslən cənubi azərbaycanlı sayılırlar. Daha sonra babası Yozqatdan Rodos adasına köçüb. Rodos işğalından sonra Türkiyədəki “şapka qanunu” üzündən Türkiyəyə deyil, Misirə köç ediblər. Misirdə türkoğlu deyilən türkəsilli elita ilə yaxın olublar.
E. İhsanoğlu 70-ci ilə kimi Misir vətəndaşı olub. Qahirədə və İngiltərədə təhsil alıb. Misirdə Osmanlı tarixini tədris və tədqiq edib. 70-ci ildən Türkiyəyə köçüb. 25 ildir İslam Əməkdaşlıq Təşkilatında çalışıb, qurumun baş katibi də olub. İƏT-in baş katibi olanda Azərbaycana sıx-sıx səfər edib, Heydər Əliyev Fondu, XİN və digər qurumlarla birgə tədbirlər keçirib.
İhsanoğlunu Türkiyədə sevməyənlər də var. Millətçilər onun Misirdə doğulduğunu, Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrinə görə qəbul etmirlər. Hətta bəzi millətçi qəzetləri onu “Vahid namizəd Sisi” deyə təqdim edirlər./axar.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button