Azərbaycan Respublikasından olan zəvvarlardan biri əlil olmasına baxmayaraq bir ayağı ilə Ərbəin piyada yürüşünə qatılıb.
qafqaz.ir-in “Farsnews”-ə istinadla verdiyi xəbərə görə, Nəcəf-Kərbəla piyada yolu insanı heyrətə gətirən maraqlı səhnələrlə doludur.Bu səhnələrdən biri də Nəcəf şəhərində göründü. Azərbaycan Respublikasından gəlmiş zəvvar bir ayağı olmadığı halda əsa ilə Ərbəin piyada yürüşündə iştirak edirdi.Azərbaycanlı zəvvar İmam Hüseynə (ə) çatmaq üçün bir ayaq və bir əsa ilə 8 gün bu yolda olub.