ArxivXəbər lentiXəbərlər

Azərbaycanlılar Praqada Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirdi- FOTO

İyulun 14-də Çexiyada fəaliyyət göstərən “Azərbaycan Tələbə Şəbəkəsi” təşkilatı tərəfindən 4 iyul 2017-ci il tarixində cəbhə xəttində Azərbaycanın mülki sakinlərinin ölümü ilə nəticələnən erməni silahlı qüvvələrinin cinayət əməllərinə etiraz olaraq, Praqa şəhərində yerləşən Ermənistanın Çexiyadakı Səfirliyinin qarşısında aksiya keçirilib.

Qafqaz.ir bu barədə Trend-ə istinadla xəbər verir.

Çexiyanın yerli hüquq-muhafizə orqanları tərəfindən sözügedən aksiya ilə əlaqədar, Çexiyadakı Ermənistan səfirliyini öncədən məlumatlandırılması səbəbindən, qarşı tərəf buna hazırlıqlı olub, azərbaycanlılar tərəfindən keçirilən etiraz aksiyası zamanı Ermənistan Səfirliyi də öz ərazisində təxribat xarakterli nümayişlər edibdir.

Bu təxribat azərbaycanlılar tərəfindən qəti pislənərək, ona etiraz edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button