Azərbaycanlıları təhqir edən Əlixan üzr istədi-Rusiyada azərbaycanlı-çeçen münaqişəsi başladı-

“Neolit” kafesinə ötən gün 100-ə yaxın silahlı çeçen basqın edib. Onların azərbaycanlıları təhqir etdiyi üçün bərk döyülən Əlixan adlı çeçenin qisasını almaq üçün gəldikləri bəlli olub.
Hadisədən əvvəl Əlixan adlı çeçen bütün Azərbaycanı və azərbaycanlıları ən ağır söyüşlərlə təhqir edib. Onun səs yazısı internetdə yayıldıqdan sonra azərbaycanlılar onu taparaq bərk döyüblər və görüntülərini sosial şəbəkələrdə (“Vkontakte”) yayıblar. Həmin görüntülərdə üz-gözü qan içində olan çeçen azərbaycanlılardan üzr istəyir, kadr arxasındakı şəxs ona “daha bərkdən danışmağı” əmr edir. “Mən azərbaycanlıları təhqir edən həmin Əlixanam. Allah xatirinə məni bağışlayın”-bu şəxs bildirir.
Çeeçnlər bu hadisəyə görə kafeyə hücum ediblər. Hadisə zamanı kafe sahibi Yaşar Əliyev kürəyindən yaralanıb. Yaralılardan birinin öldüyü bildirilir, lakin ölən şəxsin çeçen, yoxsa azərbaycanlı olduğu məlum deyil. Moskvada azərbaycanlılarla çeçenlər arasında milli zəmində baş vermiş bu münaqişə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.
Videodan da göründüyü kimi quduzlaşmış çeçenlər daha bir azərbaycanlını bıçaqlayaraq öldürür. Bəlli olub ki, öldürülən şəxs Azərbaycan vətəndaşı, 1966-cı il təvvəlüdlü Orucov Qərib adlı şəxsdir.