ArxivXəbər lentiXəbərlər

Qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı Tehranda aksiyanın keçirilməsinə dair xəbərlər əsassızdır

Qondarma “erməni soyqırımı”nın 101-ci ildönümü ilə bağlı Tehranda aksiyanın keçirilməsi ilə bağlı yayılan xəbərlər əsassızdır.

İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi guya Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV tərəfindən yayılan xəbərlərin heç bir əsasının olmadığını deyib. O bildirib ki, bəzi KİV tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər gündən-günə artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır. M.Nəcəfi medianı dəqiq xəbərlər yaymağa və İran–Azərbaycan münasibətlərinin inkişafında müsbət rola malik olmağa çağırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button