Azəri tədqiqatçısı: dünya sülhü istiqamətində hərəkət etmək, milli həmrəyliyi yaratmaq, bütöv İranı bərpa etmək Səfəvi hakimiyyətinin səyinin nəticəsidir.

Azəri universitetinin professoru, tədqiqatçı alim Rafiq Müəllim: şeyxSəfiyəddin Ərdəbili sülaləsi, xüsusilə şah İsmayıl Səfəvi dünya sülhü istiqamətində hərəkət etmək, milli həmrəyliyi yaratmaq, bütöv İranı bərpa etməyə çalışmışlar.
Qafqaz mədəniyyət mərkəzinin raportuna görə Şeyx Səfiyəddin Ərdəbili püstünün Alaqapı meydanında keçirilən təqdimat mərasimində daxili və xarici qonaqlar iştirak etmişdir.
Bu mərasimin Ərdəbil gününə aid xarici qonağı Azərbaycan respublikası universitetlərinin professoru olaraq bildirmişdir: Şeyx Səfiyəddin Ərdəbili sülaləsi, xüsusilə şah İsmayıl öz yüksək humanitar və islami düşüncələrilə dünya sülhü, milli hənrəylik, ölkənin və xüsusilə Azərbaycan regionunun birliyinin yaranmasına çalışmışlar. Rafiq Müəllim demişdir: biz bu gün fəxr edirik ki, Ərdəbil sənətkarı ustad Müəzzinin tərəfindən yaradılmış Şeysəfi püstünü şəhərin mərkəzində, Alaqapı meydanında təqdimat mərasimi olur.
Bu püstü görənlər regionun tarixi və orijinal hüviyyətinin əzəmət və dinamikliyinə fəxr edir. O xatırlatmışdır ki, Azərbaycan məntəqəsində bu zəngin keçmişə əsasən real hədəflərə və davamlı inkişafa doğru səy göstərilməlidir. O artırmışdır: Səfəvi sülaləsinin tarixini araşdırsaq bu şərəfli sülalınin pak niyyət və böyük həvəslə müxtəlif millətlərdən olan cəmiyyətin bütün adamlarını islam dini ətrafında birləşdirmişdir. Tədqiqatçı açıqlamışdır: mənim Səfəvilər dövrü və Azərbaycanın şərəfli tarixi haqqındakı araşdırmalarım aydınca göstərir ki, Şeyx Səfiyəddin Ərdəbili sülaləsi öz qabarıq xüsusiyyətlərilə həmişə çalışmışlar ki, dindarlıq, mədəniyyət və islam dininin üstünlükləri ölkədə və əhali arasında rəvac tapsın və söz yoxdur ki, Ərdəbil gününün qeyd edilməsi də həmin ox üzərində öz həqiqi yerini doğrulda bilər.
Müəllim sonra Ərdəbil gününü təşkil edənlərə, dəyərli gerb və püstü hazırlayanlara minnətdarlıq etmiş və xatırlatmışdır ki, bu tarixdən etibarın hamımız belə bir yüksək mövqeyə fəxr edəcəyik.