Azərbaycanın parlament nümayəndəsi Fazil Mustafayevin cəfəngiyatı bu ölkənin müsəlman əhalisi üçün təhqirdir
Höccətülislam Əmir Rəştbəri Xalxalın bu həftəki cümə namazında bildirmişdir: Azərbaycan respublikasında din müqəddəslərinə edilən təhqiri məhkum edirik. Bu, müsəlman bir ölkənin dövlətinə yaramaz. Bu cür işlər, Nardalan əhalisinin məzhəb və din etiqadına görə taptalanması qəbul edilməzdir. O açıqlamışdır: bu ölkənin konstitusiyasının 47-ci maddəsinin ikinci bəndinə əsasən Azərbaycanın milli rəsmi dini islamdır və onun 85 faizi şiədir, öz din mərasimlərini sərbəstcəsinə keçirə bilərlər. Lakin təəccüblüdür ki, Nardalan artıq hərbi şəhərə çevrilmişdir. Ərbəin ziyarətçilərindən 5 nəfər şəhid olmuş, 400 nəfər isə yaxalanmışdır. Şəhərin bütün sosial xidmətləri kəsilmişdir. Müsəlmanların vəziyyəti nigəranedicidir. Xalxal imamcüməsi artırmışdır: Azərbaycanın parlament nümayəndəsi Fazil Mustafayevin cəfəngiyatı bu ölkənin müsəlman əhalisi üçün təhqirdir. Tam ədəbsizliklə islamı, şiəliyi və imamları təhqir etdiyinə və vandallıq göstərdiyinə görə müsəlmanlardan və şiələrdən üzr istəməlidir.