Az.R, Ermənistan parlamentində hazırlanmış layihəni tənqid edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ermənistanı Qarabağ sülh prosesini pozmağa cəhd də ittiham edib.
Az.R-nın xarici işlər nazirliyinin sözçüsü Elman Abdullayev APA xəbər agentliyinə verdiyi müsahibəsi zamanı Ermənistan parlamentinin Qarabağın müstəqilliyini tanıyan layihənin ilkin mətni haqda müzakirə üzrə hərəkətini, erməni tərəfinin bu uzunmüddətli münaqişənin dinc yollarla həlli prosesinə mənfi formada təsir buraxma cəhdi və bu prosesi pozmaq üzrə hərəkət kimi dəyərləndirib.
Elman Abdullayev Ermənistan parlamentində Qarabağ münaqişəsi haqda müzakirənin təxribat olduğunu bildirərək belə iddia edib : Beynəlxalq ictimaiyyət Qarabağın Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsi olduğuna inanır.
Az.R xarici işlər nazirliyi sözçüsünün söylədikləri elə bir haldadır ki , Amerika , İngiltərə , Fransa və bir çox Avropa dövlətləri həmçinin Qüdsü işğal etmiş rejim BMT baş assambleyasının illik sessiyaları zamanı daim bu islami ölkənin ərazi bötüvlüyünü rəsmən tanımaqdan imtina ediblər. Əslində bütün ölkələrin Az.R-nın ərazi bötüvlüyünü tanımaları təsəvvürü yanlış və həqiqətə uyğun deyildir.
Bu elə bir haldadır ki, bütün islam ölkələri xüsusilə də, İİR Bakı hakimiyyətinin istəklərini qəbul edib , daim Az.R-nın istiqlaliyyəti və ərazi bötüvlüyünü rəsmən tanıyıblar.
Qərb dövlətlərinin son iki on illikdəki hərəkətləri elə bir formada olubdur ki, hətta Az.R-dakı müsəlman təhlilçilər qərb dövlətlərinin sırf olaraq Az.R-nı parçalamaq ardınca olması nəticəsinə çatıblar . Bundan öncə BMT-də Amerika başda olmaqla Qərb dövlətləri iki müsəlman ölkə yəni İndoneziya və Sudanın xristian sakinli məntəqələrini parçalayaraq , xristian sakinli şərqi Timur və Cənubi Sudan ölkələrini beynəlxalq ictimaiyyətə qəbul etdirdilər. Qərb dövlətlərinin Az.R-nın işğal edilmiş məntəqələrinin müstəqilliyi üçün yolu hamarladıqlarına görə Az.R-na qarşı da buna oxşar hərəkətin həyata keçirilməsi istisna edilmir.
Unutmayaq ki, Ermənistandakı müxalifət İrs Partiyası bu ölkənin milli məclisinə bir layihənin ilkin mətnini təqdim edibdir ki, ona əsasən müstəqil bir ölkə kimi dağlıq Qarabağın işğal edilmiş məntəqələrinin müstəqilliyinin rəsmən tanınması mümkün olacaqdır. Qarabağ məntəqəsinin işğal edilməsindən iki on illiyin ötməsinə rəğmən indiyə qədər heç bir ölkə hətta Ermənistan belə bu məntəqənin müstəqilliyini rəsmən tanımayıbdır.
Bu məsələ Az.R ərazisinin parçalanmasının asanlıqla mümkün olmadığını göstərməkdədir.
Buna rəğmən Az.R-nın müsəlman xalqı özlərinin işğal edilmiş ərazilərinin azad edilməsi və bir milyon azəri qaçqının öz ev-eşiklərinə geri dönmələrini istəyirlər. Bu elə bir haldadır ki, sülh müzakirələrinin davam etməsinə rəğmən erməni yaraqlılar Amerika ,Avropa Birliyi , Qüdsü işğal etmiş rejim və hətta Türkiyədən milyardlarla dollar xarici sərmayə cəzb edərək qeyd edilən ərazilərin azəri olma nişanələrini dağıda biliblər.
Belə bir şəraitdə İlham Əliyev hökumətinin sükutu və laqeyd yanaşması Az.R-nın müsəlman xalqı üçün düşündürücü və olduqca bir mənalıdır.