Xəbərlər

Azadlıq radiosu haqqinda xəbərlər

ABŞ əleyhinə olmayan ancaq digər məsələlərdə Azadlıq radiosu çıxışlar üçün geniş yer verir.

Azadlıq radiosundan seçki şikayəti
Bu günlərdə mətbuatda yayılan xəbərlərə görə Yeni Azərbaycan Partiyası ilə Azadlıq radiosu arasında şikayət qalmaqalı baş verib. YAP MSK-ya şikayət edərək Azadlıq radiosunun prezident seçkilərində iştirak edən namizədlərlə müsahibələr təşkil etməsini, onlar haqqında informasiyaları cəmiyyətə çatdırmasını, virtual seçki sorğusu keçirməsini əsas gətirib radio haqqında ölçü götürülməsini xahiş edib.

Hakimiyyətin hesabına görə Azadlıq radiosu xaricdən (ABŞ Konqressi tərəfindən) maliyyələşdirildiyi üçün bu cür fəaliyyəti yolverilməzdir. Sözün açığı namizədlərin debatı başlanaydan bəri sosial şəbəkələrdə bir çoxları hakimiyyətin, YAP-ın davaranışlarında əcaibliklərin olduğunu bildirirlər, bu əsasən hakimiyyətin gülünc arqumentləri və efirə çıxartdığı adamların son dərəcə axmaq çıxışlar etməsi ilə bağlıdır. Sual da yaranır ki, məgər bu YAP-da normal adamlar yoxdurmu ki, efirə səfehlər çıxır? Ancaq təşkilat olaraq YAP-ın MSK-ya belə bir müraciəti vəziyyətin daha ağır olmasından xəbər verir.

Əvvəla, Azadlıq radiosu Azərbaycanda elektron KİV arasında çox izlənilən, populyar mətbuat orqanı olmaqla yanaşı həm də demək olar yeganə mətbuat orqanıdır ki, hakimiyyətdən müstəqilliyini qoruyub saxlaya bilib və həm hakimiyyətə, həm müxalifətə, həm də müstəqil tərəflərə çıxış üçün imkan yaradır. Ümumiyyətlə, ABŞ əleyhinə olmayan ancaq digər məsələlərdə Azadlıq radiosu çıxışlar üçün geniş yer verir.

Azərbaycan cəmiyyətində bu radionun fəal ictimai dairlərdə reytinqi birinci yerdədir, bəlkə də, bunun ilk səbəbi elə ondadır ki, əliyev rejimi ölkədə azad mətbuatı boğub və meydanda Azadlıq radiosu tək qalıb vəyaxud belə də demək olar ki, əliyev rejimi bütün digər azad mətbuatı ona görə məhv edib ki, Azadlıq radiosu müstəqil, azad və demokratik mətbuat orqanı kimi cəmiyyətdə tək olsun. Belə olduği halda YAP-ın şikayəti çox əcaib görünür. Ancaq lap elə hakimiyyətin məntiqi ilə yanaşsaq da yenə YAP-ın şikayətinin məntiqi və hüquqi əsası yoxdur. Onsuz da Azərbaycanda olan, fəaliyyət göstərən əksər mətbuat orqanları ya hakimiyyətdən maliyyələşdirilir ya da xaricdən, xüsusilə qərbdən.

Digər mətbuat orqanları da Azadlıq radiosu kimi namizədlərin seçki təşviqatı üçün yer ayırır, müsahibələrini, platformalarını çap edir, ancaq YAP hələlik ancaq Azadlıq radisouna sitəm edir, çünki bu radionun efirindən səslənən tənqidi fikirləri həm də qərbdə izləyirlər ki, bu da hakimiyyəti bərk narahat edir. Azaqlıq radiosu da əli boş dayanmayıb, onlar da öz növbəsində YAP-ın əsassız ittihamlarından ATƏT-ə şikayət edib.

Şikayətlərində radio rəhbərliyi qeyd edir ki, onlar öz işlərini peşəkarcasına, tərəfsiz və qanunvericilik çərçivəsində görürlər. Həqiqətən, Azadlıq radiosu namizədlər üçün bərabər hüquqlu şəkildə efir vaxtı ayırıb və hakimiyyətin də namizədi bundan yararlana bilər, ancaq İlham Əliyev və onun səlahiyyətli nümayəndələri bütün KİV-ni zəbt etdikləri və radioda azad və müstəqil suallarla rastlaşa biləcəklələrini düşünüb efirə qatılmırlar.

 

Melia da Azadlıq radiosu ilə bağlı münasibət bildirdi

Azərbaycan ABŞ-dan nə qədər uzaq olsa da amerikalılar imkan verməzlər ki, onların pişiyinə belə kış deyəsən, o ki, qala radiolarının əməkdaşlarına.

Melia da Azadlıq radiosu ilə bağlı münasibət bildirdi

Melia da Azadlıq radiosu ilə bağlı münasibət bildirdi

Seçki günü yaxınlaşdıqca təkcə ölkə daxilində deyil, həm də beynəlxalq aləmdə də Azərbaycanda gedən proseslər izlənilir, bəzən də reaksiya verilir. Yadınızdadırsa bu ayın əvvəlində ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melianın Azərbaycana gözlənilən səfəri baş tutmadı, buna səbəb Azərbaycan hakimiyyətinin amerikalı qonaqları qəbul etməkdən imtinası oldu, hakimiyyət Meliaya nə desə ABŞ diplomatı daha üz vurmadan məsələnin üstünə getmədi. Ölkə mətubatında görüşün baş tutmaması haqqında müxtəlif mülahizələr, versiyalar səsləndirilməsi isə hakimiyyəti öz açıqlamasını verməyə vadar etmədi.
Bu günlərdə Polşa paytaxtında keçirilən beynəlxalq tədbirdə ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia çıxışı zaman Azərbaycanda seçki ərəfəsindəki vəziyyətə toxunaraq, medianın hakimiyyət tərəfindən təzyiqə məruz qalmasını, müstəqil jurnalistlərin həbs, təqib, şantaj kimi hallarla üzləşməsini bildirib. Əsəs vurğunu Azadlıq radiosu və bu radionun əməkdaşı Xədicə İsmayılovaya yönəldən ABŞ diplomatı, Azərbaycan hakimiyyətini KİV və jurnalistlərə qarşı represiv siyasəti dayandırmağı tələb edib.
Melianın çıxışı sentyabrın 25-də baş tutub, həmin tədbirdə Tomas bəlkə heç Azərbaycan mövzüsuna toxunmayacaqdı da, ancaq elə həmin günlər YAP-ın Azadlıq radiosu ilə bağlı sarsaq bəyanatı amerikalı doplomatları və Dövlət Departamentini ayağa qaldırdı. Bu da gözlənləndir, Azərbaycan ABŞ-dan nə qədər uzaq olsa da amerikalılar imkan verməzlər ki, onların pişiyinə belə kış deyəsən, o ki, qala radiolarının əməkdaşlarına. Ancaq ədalət naminə deməliyəm ki, Azadlıq radiosu Azərbaycanda hakimiyyətdən müstəqil, azad bir radio kimi fəaliyyət göstərir. Düzdür orda ABŞ-ı tənqid etmək olmaz, ancaq İlham Əliyevin adını çəkməklə belə sərt şəkildə də tənqid etmək olar ki, bu cür imkanın başqa heç bir yerdə olmadığı üçün sadə azərbaycanlılar da bu radioya bir azadlıq məkanı kimi baxırlar. Prinsip etibarı ilə demək olar ki, Melianın açıqlaması Xədicə İsmayılova və Azadlq radiosunun müdafiəsi üçün hesablanmışdır, ancaq əgər müxalifətin ağlı və bacarığı varsa bundan siyasi məqsədləri üçün istifadə edə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button