Bəqidə Məsumların (ə) hərəmlərinin dağıdılması cinayətinin ildönümü ziyarətlə qeyd edildi

Hicri-qəməri tarixi ilə 1344-cü il şəvval ayının 8-də (bu il üçün – iyulun 3-ü) Mədinə şəhərinin müqəddəs Bəqi məzarlığında yerləşən Məsum İmamların (ə) mübarək hərəmlərinin təkfirçi-vəhhabilər tərəfindən yerlə yeksan edilməsinin 94-cü ildönümüdür.
Burada 4 Məsum İmamın – İmam Həsən Müctəbanın (ə), İmam Zeynəlabidinin (ə), İmam Mühəmməd Baqirin (ə), İmam Cəfər Sadiqin (ə) müqəddəs məzarı yerləşir.
Bu hadisənin ildönümü ilə əlaqədar olaraq Dəyərlər Oxucular Klubu Bakıda 8-ci İmam Həzrət Rzanın (ə) əziz bacısı Həkimə xanımın (s.ə) pak hərəminin yerləşdiyi Bibi-Heybət ziyarətgahını ziyarət edib.
Oxucular Klubunun onlarla üzvü hərəmi ziyarət edib, dualar ediblər.
Tədbirin yekununda xatirə fotoları çəkilib.
Deyerler.org