ArxivIslamXəbər lentiXəbərlər
Bərdə möminlərindən Elşən Abbasov azadlığa çıxdı

Bərdə möminlərindən olan və burada xeyriyyəçiliklə məşğul olan Elşən Abbasov azadlığa çıxıb.
Rakurs.tv bildirir ki, eyni zamanda da MBH üzvü olan Elşən Abbasov cəza çəkmə müəssisəsindən həbs müddətinin bitməsi səbəbilə azad olunub.
2 il 6 ay müddətinə azadlıqdan məhrum olunan və müddətini tam başa vuraraq azadlığa çıxan Elşən Abbasovu dostları həbsxana qarşısında qarşılayıblar.
Xatırladaq ki, Elşən Abbasov 16 saylı Cəza Çəkmə Müəsisəsindən azadlığa buraxılıb.