ArxivXəbər lentiXəbərlər

Taleh Bağırovun şikayəti ilə bağlı məhkəmə qərarını açıqladı

Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

 Bu  barədə təşkilat sədrinin vəkili Elçin Sadıqovun özünün Feysbuk səhifəsində yazıb.

 O bildirib ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib. Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

 Qeyd edək ki,  martın 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

 O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button