ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bəxtiyar Hacıyev Sorosdan döyüşçülərə yardım alırmış?

Turan xəbər agentliyində dərc olunan məlumata görə, Rüfət Səfəro bildirib ki, istintaq xüsusilə, 44 günlük müharibə zamanı Bəxtiyar Hacıyevin Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi yardımın mahiyyətini təhrif etməyə çalışır.
Belə ki, Bəxtiyarın yığılan yardımların bir hissəsini mənimsəməkdə ittiham etməyə cəhdlər edilir.
“Bəxtiyar Hacıyev bu iddiaları qəti şəkildə qınayır. Toplanan yardımların maliyyə mənbələri, onların cəbhəyə çatdırılması tam şəffaf olub. Yardımların çatdırılması Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin rəhbər şəxsəri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Bu yaxınlarda Bəxtiyar Hacıyev vəkilləri vasitəsi ilə də açıqlama yayacaq”, – deyə Rüfət Səfərov bildirib. 
“Hətta bəziləri bəyan edir ki, Bəxtiyar hərbçilərə apardığı yardımları Corc Sorosdan alıb. Guya Sorosdan aldığı vəsaitin bir hissəsini hərbçilərə verib, bir hissəsini də mənimsəyib”, Səfərov qeyd edib.
“Çox təəəssüf ki, dövlət başçısı İlham Əliyev, daxili işlər naziri Vilayət Eyvazov siyasi məhbus Bəxtiyar Hacıyevə qarşı belə qisasçı münasibətini davam etdirməkdədir. Hakimiyyət orqanları belə qisasaçı münasibətdən, tənqidçilərinə qarşı düşmən münasibətdən çəkinməlidir. Dövlət adından çıxış edən liderlər vətəndaşla belə davranmamlıdır”, – deyə Rüfət Səfərov hesab edir. 
Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yuxarıda deyilənlərlə bağlı sorğuya hələ münasibət bildirməyib.   
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button