Bəyanat kim üçün verilir?

Azərbaycanda ən ağır vəziyyətdə olanlar elə dindarlardır, onların liderləri, fəalları hamısı şərlənərək, saxta ittihamlarla uzun müddətinə həbsə atılıblar, işgəncələrə məruz qalır.
Məlumdur ki, Azərbaycan da Miladi təqviminə görə zaman axınını yaşayır, 2013-cü il də ötən bir neçə il kimi müsəlmanlar üçün matəm aylarına təsadüf edir. O da məlumdur ki, Azərbaycanın hakimiyyəti və cəmiyyəti Yeni il şənliyini çox təmtəraqlı keçirir.
Bu il də Yeni ilə hazırlaşan cəmiyyətə mesaj olaraq, ölkədəki tanınmış dindarlar və Azərbaycan İslam Partiyasının rəhbərliyi Yeni İl şənliyini keçirməməyə çağırıb.
Dindarların mesajını bəzi mətbuat orqanları olduğu kimi çatdırsa da, bir çox mətbuat orqanları və sosial şəbəkələrdə möminlərin çağrışı təhrif olunaraq müzakirə olunub.
Müzakirələrdə iştirak edən İlham Əliyevin tapşırığını yerinə yetirən dünyəvilər məsələni tam araşdırmadan mülahizə yürüdürlər, daha betəri də budur ki, səhv, batil, fitnəli fikirlər sürətlə cəmiyyətdə yayılır və hakim kəsilir.
Dindarlar bəyanatlarında haqq olanı deyiblər, Peyğəmbər (S.Ə.S) və İmam Həsən Əleyhissəlam (Ə) həmin günü, yəni dekabrın 31-də şəhadətə yetirilib, bu səbəbdən möminlər cəmiyyətə çağrış edərək bəyan ediblər ki, Yeni il şənliyini keçirməsinlər, təmtəraqdan, əyləncədən, uzaq olsunlar. Bu bir təklif, dəvətdir. Ancaq İlham Əliyevin özü kimi fitnəkar adamları mətbuatda və sosail şəbəkələrdə aranı qarşıdırır, dindarları cəmiyyətin gözündən salmaq üçün min cür sözlər, fikirlər deyir, yazır, xarici mətbuatda bəyan edirlər ki, “Azərbaycanda dindarlar xilafət qurmaq, ölkəni uçuruma aparmaq istəyir, cəmiyyətin dəyərlərini və ənənələrini dağıtmaq istəyir. Dindarlar yolkanın və Yeni il bayramının da əleyhinədir.”
Bu cür fitnəli dolu fikirlər təkcə Azərbaycan daxilində yox həm də xarici, xüsusilə qərb mətbuatında da əliyev rejiminin tərəfdarları tərəfindən yayılır. Qərbdə də əndişə edirlər ki, Azərbaycan dindarları dövlətin dünyəvi qurluşunu dəyişmək istəyirlər. Hansı ki, Azərbaycanda ən ağır vəziyyətdə olanlar elə dindarlardır, onların liderləri, fəalları hamısı şərlənərək, saxta ittihamlarla uzun müddətinə həbsə atılıblar, işgəncələrə məruz qalır, özü də bu dindarların hamısı haqqı dediyinə, hicaba azadlıq tələb etdiyinə görə əliyev rejiminin represiyasına məruz qalıb.
Yəni Azərbaycanda dindarları hərəkətə gətirəcək, cəmiyyətdə səs sala biləcək bütün dindar fəalların demək olar hamısı həbsdədirsə, qərbdə İlham Əliyevin fitnəsinin təsiri altına düşənlərin narahatçılığı məntiqsizdir, hələ onu da qeyd etsək ki, bu dindarlar ədalətsiz yerə, haqsız olaraq mühakimə olunur o zaman Əliyev fitnəsinin səviyyəsini təsəvvür etmək çətin olmaz. Onu da qeyd etmək lazımdır ki, cəmiyyətin dindar kəsimi ümumiyyət Yeni il şənliyini heç Məhərrəmlik olmayan zaman da qeyd etmir, o ki, qala bu il olsun.
Dünyəvi kəsimi, hansı ki, dindən, imandan uzaqdır, onlar da bu bəyanatı İlham Əliyev kimi heç veclərinə də almayacaqlar, yenə də öz fitnələrini davam edəcəklər. Məsələn, ötən il Azadlıq meydanında İlham Əliyevin quraşdırdığı ölkənin baş yolkasının hündürlüyü 21 metr idisə, bu il artıq qurulan yolkanın hündürlüyü 36 metrdir. Bundan başqa Azərbaycanın müxtəlif rayon və şəhərlərində, o cümlədən paytaxta yüzlərlə yolkalar qurulub.
Yeni il şənliklərini gecədən səhərə qədər təşkil edəcək onlarla gecə klubları xüsusi hazırlıqlar görür. Onu da qeyd edək ki, Mehriban Əliyevanın bacısı, Nərgiz Paşayevaya məxsus olduğu bildirilən Opera Sky restoranı Aşura günü Ukrayna seks simvolları olan əxlaqsız qızların şosun təşkil etmişdir, indi bu restoranın və ya sahiblərinə aid olan gecə klublarının dekabrın 31-də nələr təşkil edəcəyini təsəvvür etmək çətin deyil.