“Hizbullah”ın Livan Parlamentindəki keçmiş nümayəndəsi verdiyi müsahibədə Fələstin məsələsini unudan bəzi ərəb ölkələrini pisləyərək, Livan müqavimətinin İsrailin yalnız güc dilindən başa düşdüyünü sübut etdiyini bildirib.
“Hizbullah”ın Livan Parlamentindəki keçmiş nümayəndəsi Naziyə Mənsur “Tasnim”ə verdiyi müsahibədə Fələstin məsələsi və qısa bir müddət əvvəl Tehranda keçirilən “Fələstin İntifadasını Mühafizə Konfransı”nı dəyərləndirib.
İslamazeri.az xəbər verir ki, Mənsur müsahibədə bu açıqlamaları verib: İran tərəfindən “Fələstin İntifadasını Mühafizə Konfransı” keçirməsi diqqətlərin bir dəfə daha Fələstin məsələsinə yönəlməsinə səbəb oldu. Belə ki, ərəb ölkələri uzun müddətdir ki, Fələstin məsələsini unutmuşdu və hətta bəzi ərəb ölkələri, ümumiyyətlə Fars Körfəzi ölkələri açıq bir şəkildə Sionist koalisiyaya yönəlmişdilər. Bu ölkələr Sionist düşmən tərəfindən istifadə edilən ifadələrdən istifadə edirlər.
Naziyə Mənsur daha sonra sözlərini belə davam etdirib: Müqavimət fonundakı İran, İraq, Suriya, Livan və bu fonda yer alan bütün qruplar Tehranda yaxın zamanda təşkil olunan konfransın Fələstin məsələsinə yenidən əhəmiyyət verilməsini təmin edərək, Fələstin məsələsini unutdurmağa qarşı təxribatları məğlubiyyətə düçar etdiyinə diqqət çəkirlər. Biz hazırda yeni bir mərhələylə üzləşirik və İraq, Yəmən və Suriyada hazırda baş verməkdə olan hadisələrin hamısı Fələstin məsələsinin faydası istiqamətindədir.
Livan Parlamentinin keçmiş üzvü Sionist rejimə qarşı silahlı müqavimətlə bağlı bu açıqlamaları verib: Bu barədə Misirin keçmiş prezidenti Camal Əbdülnasirin bu sözünə toxunmaq lazımdır; “Gücdən istifadə edilərək alınan hər bir şey yalnız gücdən istifadə edilərək geri alına bilər” və bu vəziyyət Livan “Hizbullah”ı tərəfindən sübut olunmuşdur. Necə ki, Livan “Hizbullah”ı Livanın cənubundakı bölgələrin böyük bir qismini azad etməyi bacardı və hazırda yalnız Şəba Fermaları işğal altındadır. Maraqlıdır ki, Oslo, Kemp Devid və digər müqavilələrin heç biri ərəb ölkələrinə Sionist Rejim qarşısında bir nailiyyət təmin etməyib və yalnız bu ölkələr üçün məhdudiyyət və şərtlər gətirib. Ancaq biz Livan Müqaviməti kimi canlı bir nümunəyə şahid oluruq. Belə ki, bu müqavimət silah gücü ilə ölkənin cənubunu azad edərək Sionist rejimin silah və güc dilindən başqa bir dildən anlamadığını və konfrans keçirməyin və ya qanunlar toplusu çıxarmanın bu rejimə heç bir təsiri olmayacağını sübut etmişdir. Dəfələrlə Fələstin xalqının xeyrinə çıxarılan qanunlar toplularına şahid olduq, ancaq Sionist rejim bunların heç birinə əməl etməyib və buradan da Sionist rejimin geri çəkilməyə məcbur etməyin yeganə yolunun silah və gücdən istifadə etmək olduğu nəticəsi çıxarıla bilər.
“Bəzi ərəb ölkələri Sionist rejimlə eyni dildən istifadə edirlər”