ArxivXəbər lentiXəbərlər
Bəzi siyasi ekspertlər sadəcə İranı qaralamaqla məşğuldurlar

Azərbaycan Respublikasında siyasi ekspert Rövşən Novruzoğlu bu ölkədəki bəzi təhlilçilərin İran İslam Respublikasını qaralamalarını kəskin şəkildə qınayıb.
Bakıda SəhərTv-nin müxbirinə verdiyi müsahibədə Növruzoğlu deyib: İran Azərbaycan Respublikasını xüsusi ilə də Qarabağ münaqişəsində himayə edib və siyasi ekspertlər bu faktları nəzərə almalıdırlar.
Rövşən Novruzoğlu Minsk qrupu üzvlərinin Qarabağ münaqişəsində Ermənistanın tərəfini saxladıqlarını xatırladıb və deyib: İranın Ermənistanla əlaqələrini şişirtmək əslində Ermənistanın xarici siyasətinə xidmət və Minsk qrupunun işğalçıya dəstək verməsi faktından yayınmaq deməkdir.