Bakı İranın Azərbaycana humanitar yardımlarını alqışlayıb

Azərbaycan Respublikası baş nazirinin müavini və Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri İran İslam Respublikasının Azərbaycanın müharibədən zərərçəkən qaçqınlara humanitar yardımlarını alqışlayıb.
İRNA-nın məlumatına görə, Əli Həsənov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə ilə görüşdə deyib: Həqiqi dostluq və qardaşlıq çətin günlərdə görünür. Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı problemlərlə üzləşdiyi zamanlarda İmam Xomeyni (rə) İmdad Komitəsi və İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin ölkəmizə humanitar yardımlar göndərdiyini unutmarıq.
Həsənov əlavə edib: O çətin illərdə hamıdan öncə, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti köməyimizə tələsdi və Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 50 min azərbaycanlı qaçqın üçün 7 yaşayış düşərgəsi yaratdı.
Azərbaycan Respublikası baş nazirinin müavini Qarabağ münaqişəsini bu ölkənin ən əsas problemi adlandırıb və beynəlxalq dairələrin bu münaqişənin həllinə etinasızlığına toxunaraq deyib: Belə bir şəraitdə islam ölkələrinin əməkdaşlığı və həmrəyliyinə daha çox ehtiyac duyulur.
Əli Həsənov əcnəbi dairələrin regionda islam ölkələri arasında həmrəyliyin bərqərar olunması üzrə maneələrin yaradılması istiqamətində çalışdığına toxunaraq deyib: Hazırda aramızda nifaq yaratmalarına icazə verməməliyik.
O sözlərinin digər bir hissəsində Azərbaycan Respublikasında diplomatik fəaliyyətə başlaması iləəlaqədar Cavad Cahangirzadəyə uğurlar arzulayıb və ümidvarlıq edib ki, İran və Azərbaycanın əlaqələrinin daha möhkəmləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək.
Cavad Cahangirzadə də bu görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikası ilə əlaqələri maksimum genişləndirməyə maraqlı olduğunu diqqətə çatdırıb.
Cahangirzadə İRan və Azərbaycan xalqlarının tarixi, dini və mənəvi ortaqlıqlarına toxunaraq deyib: Bu önəmli amil iki ölkə əlaqələrini daha da inkişaf etməsinə kömək edir.
İran İslam Respublikasının səfiri həmçinin İran və Azərbaycanın iqtisadi əlaqələrin genişləndirilməsi üçün çoxlu potensialların mövcud olduğunu xatırladıb və iki ölkənin ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd edib.