AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatSosialXəbər lentiXəbərlər

Bakı KİV-ləri Azərbaycan xalqının İmam Hüseyn (ə) əzadarlığına qoyulan qadağanın ləğv edilməsi tələbi ilə mübarizə məqsədilə yalan xəbərlər uydururlar

Azərbaycan Respublikasında Məhərrəm ayının əzadarlıq günlərində məscidlərin bağlı qalmasına etirazların artmasının ardınca bu ölkədə çapdan çıxan “Yeni Musavat” qəzeti ictimai rəyi sapındırmaq məqsədilə iddia edib: “İranda məscidlərdə əzadarlıq mərasimləri qadağan edildi.”

Qafqaz Həqiqətləri xəbər verir ki, “Yeni Musavat” 25 avqustda “Trend” saytının 21 avqust tarixində Koronavirusla Mübarizə Qərargahının göstərişi ilə Tehran şəhərində məscidlərin daxilində əzadarlığın qadağan olunmasına dair yaydığı köhnə xəbəri dərc edib. Bu xəbərdə əlavə edilir ki, Koronavirusla Mübarizə Qərargahı imam camaatlara və məscidlərdə mərasim təşkilatçılarına tapşırıq verib ki, bağlı məkanlarda matəm mərasimləri, hətta qısa zamanda olsa belə, keçirilməsin və məscidlərdə yalnız camaat namazı səhiyyə protokolları əsasında təşkil olunsun.

 

Xəbərin sonunda vurğulanır ki, əzadarlıq mərasimləri açıq məkanları (məscidlərin həyətləri və sairə) olan məscidlərdə səhiyyə protokolları əsasında keçirilə bilər. Buna görə, məscidlərin imamları insanları səhiyyə protokolları ilə əlaqədar məlumatlandırsınlar.

Qeyd edək ki, İranda əzadarlıq mərasimlərinin məscidlərdə, sahəsi geniş məkanlarda və hündür tavanı olan yerlərdə keçirilməsi, buna aid şəkil və videoların Azərbaycan Respublikasının sosial şəbəkələrində yayılması, səbəb olmuşdur ki, bu ölkə xalqı da İranda olduğu kimi səhiyyə protokollarına əməl etməklə əzadarlıq mərasimlərinin keçirilməsini tələb etsinlər. Lakin əzadarlıq mərasimlərinin geniş və açıq məkanlarda keçirilməsinin vacibliyini təklif etdiyi üçün Azərbaycan hökuməti onlarla dindarı həbs etmişdir.

Azərbaycan Respublikasının dini fəalları bildirirlər ki, bu ölkənin sekülar hökuməti koronaya görə qoyulan məhdudiyyətləri bəhanə edərək Aşura mərasiminin qarşısını almaq istəyir.

Ötən illərdə də Azərbaycan Respublikasının sekülar hökuməti Məhərrəm ayında keçirilən əzadarlıq mərasimlərinə qarşı çoxlu qadağalar tətbiq etmişdi, xüsusilə də Nardaran, Gəncə, Lənkəran, Masallı və Naxçıvan kimi şəhərlərdə baş tutan möhtəşəm mərasimlərin qarşısını almağa səy göstərmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button