Xəbərlər
Bakı Moskva ilə hərbi əməkdaşlıq planı imzaladı
Azərbaycanın müdafiə naziri postuna təinat alandan sonra birinci xarici səfərini Moskvaya edən general-polkovnik Zakir Həsənov bu gün Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı da imzalanıb.
Qapalı keçirilən görüşdə Qəbələ RLS-in Azərbaycana təhvil verilməsinin başa çatdırılması ilə bağlı da müzakirələrin aparıldığı bildirilib.
Digər tərəfdən NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lahyu Azərbaycan Respublikasının Əfqanistana yük daşımalarda NATO-ya xidmətlərindən danışıb və deyib ki, Azərbaycan NATO üçün vacib tərəfdaşdır.