ArxivXəbər lentiXəbərlər

“Məşhədi Dadaş” məscidində qanvermə aksiyası keçirilir – FOTO

Bakının “Məşhədi Dadaş” məscidində bu gün Cümə namazından sonra “Bir damla qan bir həyata bərabərdir” adlı qanvermə aksiyası təşkil olunub. 
 
Tədbir Azərbaycan Talassemiya Federasiyasının müraciəti əsasında “Məşhədi Dadaş” məscidi icmasının təşkilatçılığı ilə keçirilir.
 
Qanverənlər sırasında ilk olan məscidin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli aksiyanın mahiyyəti ilə bağlı deyib: “Donorluq əsl xeyriyyəçilikdir. Qanverməni çox cüzi bir şey kimi dəyələndirənlər ola bilər. Amma bu, qana ehtiyacı olanlar üçün həyati əhəmiyyət daşıyır! Qan verən donor özünün bir hissəsini – öz qanını onun kimə kömək edəcəyini bilmədən və mükafat almağı gözləmədən bağışlayır”.
 
Bildirək ki, hazırki tədbir “Məşhədi Dadaş” məscidində keçirilən ilk aksiya deyil. Məscid icması ilə talassemiyalı uşaqlara yardım təşkilatlarının qarşılıqlı razılığı ilə “Məşhədi Dadaş” məscidində bir neçə dəfə bu qəbildən aksiya keçirilib. 
 
Məsciddə bir saat ərzində 100-ə yaxın donor qan verib. Aksiya hazırda davam edir. (salamnews)
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button