ArxivŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Biləsuvar imam cüməsinin Azərbaycan Respublikası hökumətinə tövsiyəsi

Sizə qardaşcasına tövsiyəmiz odur ki, gedib Amerika və “israil”in dəstəyi ilə zorakılıq nümayiş etdirən ölkələrin müasir tarixini öyrənin ki, siz də həmin ölkələrin taleyini yaşamayasınız.

Qafqaz Həqiqətləri xəbər verir ki, Biləsuvarın imam cüməsi höccətül-islam Cabir Əzizi bu həftənin cümə namazı xütbələrində dünyada baş verən dəyişikliklərə, cinayətkar Amerika kimi imperialist qərb ölkələrin tənəzzülünə işarə edib, sionist rejimin müqəddəs Ramazan ayında Qəzza və Qüdsün məzlum xalqına qarşı vəhşicəsinə hücumunu pisləyib.

İmam cümə Azərbaycan hökumətinə səslənərək deyib: “Siz elə bir rejimdə səfirlik açmısınız ki, dindar bacı-qardaşlarımızın başına hər cür raket yağdırır, uşaqlara zülm edir, onların ata-analarını oruc olduqları halda şəhid edir. Ona görə, siz də bu cinayətdə şəriksiniz.”

İmam cümə əlavə edib: “Sizə qardaşcasına tövsiyəmiz odur ki, gedib Amerika və “israil”in dəstəyi ilə zorakılıq nümayiş etdirən ölkələrin müasir tarixini öyrənin ki, siz də həmin ölkələrin taleyini yaşamayasınız, ölkənizin xalqını böhrana salmayasız.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button