ArxivXəbər lentiXəbərlər
Bakı-Sumqayıt qatarının bu sərnişini 2 ay havayı gedib-gələcək-FOTO

Bu gün Bakı-Sumqayıt elektrik qatarından sayca milyonuncu sərnişin istifadə edib.
Hhəmin sərnişin Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Leyla Hüseynzadə olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov milyonuncu sərnişini təbrik edib və ona iki ay müddətinə Bakı-Sumqayıt qatarından ödənişsiz gediş hədiyyə edib.
Qeyd edək ki, Bakı-Sumqayıt elektrik qatarı 2015-ci il sentyabrın 12-də istifadəyə verilib. (Trend)
![]() ![]() ![]() ![]() ![]() ![]() |