ArxivXəbər lentiXəbərlər

Bakı, Tehran və Ankaranın ortaq iradəsi

İran İslam Respublikasının xarici işlər naziri Tehran, Bakı və Ankaranın regionun problemlərinin həllində ortaq iradəyə malik olduqlarını deyib.

İRİB-nin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif İstanbulda Azərbaycan və Türkiyə xarici işlər nazirləri ilə birgə mətbuat konfransında deyib: Hər üç ölkə əməkdaşlıqların genişləndirilməsi, xalqın məişətinin yaxşılaşdırılması və regiondakı münaqişələrin sülh yolu ilə həll edilməsində ortaq iradəyə malikdirlər. 

İranın xarici işlər naziri həmçinin, region ölkələrinin İran ilə nüvə anlaşmasını himayə etmələri və ABŞ-ın bu anlaşmadan çıxmasını qınamalarını da yüksək qiymətləndirib. 

Zərif daha sonra Türkiyəni Milli Cümhuriyyət Günü habelə, İstanbul Hava Limanının istifadəyə verilməsi münasibəti ilə bu ölkə xalqı və dövlətini təbrik edib və deyib: Bu gün dünya elm təməlli iqtisadiyyat ilə gözəçarpacaq inkişafa nail ola bilər. 

İranın xarici işlər naziri daha sonra deyib: İran, Azərbaycan və Türkiyə elm təməlli iqtisadiyyat sahəsində əməkdaşlıq üçün yaxşı potensiala malikdirlər. Və özəl sektorun potensiallarından istifadə etməklə iqtisadi əlaqələri daha da möhkəmləndirmək olar. 

İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli iclası bu gün İstanbulda keçirilib. 

Məhəmməd Cavad Zərif, Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu çərşənbə axşamı İstanbulda baş tutan üçtərəfli iclasda tərəfləri maraqlandıran bir çox mövzunu araşdırıblar. iqtisadiyyat, tranzit, enerji, gömrük və digər sahələrdə əməkdaşlıqların genişləndirilməsi bu iclasın əsas mövzularından olub. 

Siyasi və regional əməkdaşlıqlar xüsusilə regionda sülh və sabitliyin bərqərarına kömək edəcək yollar üçtərəfli İstanbul iclasının digər müzakirə mövzularından olub. 

İran İslam Respublikasının xarici işlər naziri üçtərəfli İstanbul iclasında iştirak etmək üçün dünən Türkiyəyə səfər edib. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button