ArxivXəbər lentiXəbərlər

Bakı və Budapeştin İranda iqtisadi fəaliyyətlər üzrə səyləri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri bildirib ki, bu ölkə və Macarıstan İranda birgə iqtisadi fəaliyyətlər həyata keçirə bilərlər.

IRNA-nın məlumatına görə, Şahin Mustafayev Azərbaycan Respublikası və Macarıstanın birgə iqtisadi konfransında deyib ki, Bakı və Budapeşt sanksiyasonrası dövrdə İranda müştərək fəaliyyət yollarını araşdıra bilərlər.

Mustafayev əlavə edib: İki ölkə üçüncü bir ölkədə investisiya imkanına malikdir.

Bakı-Tehran Müştərək İqtisadi Komissiyasının azəri həmsədri də olan Şahin Mustafayev sonra Azərbaycan Respublikası şirkətlərinin İrandakı fəaliyyətlərini son dərəcə faydalı və uğurlu adlandırıb.

Bu məlumata görə, həmin konfrans Macarıstanın baş naziri Viktor Orbanın Bakıya rəsmi səfəri çərçivəsində keçirilir.

Müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən 50 macar şirkətin nümayəndələri Bakıda keçriilən Azərbaycan Respublikası və Macarıstanın birgə iqtisadi konfransında iştirak ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button