ArxivXəbər lentiXəbərlər

Bakı və Tehranın qeyri-neft mübadilələri 75 faiz artıb

Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov iki ölkənin ticarət mübadilələrinin inkişafda olan prosesinə toxunaraq, deyib: Ötən dörd ildə Azərbaycan Respublikası və İranın qeyri-neft mübadilələri 75 faiz artıbdır.

Bünyad Hüseynov bu gün Şərqi Azərbaycan valisi İsmayıl Cabbarzadə ilə görüşdə əlavə edib: Azərbaycan Respublikasının İranla qeyri-neft mübadilələrinin artması elə bir haldadır ki, ötən dörd ildə Bakının digər qonşuları ilə ticarət mübadilələri azalıbdır.

Bünyad Hüseynov həmçinin vurğulayıb ki, Azərbaycan Respublikası xalqı İranın həkimləri və dərmanlarına etimad edir. O, əlavə edib: Hər ay Azərbaycan Respublikası vətəndaşlarından bir milyon nəfər İrana səfər edir.

Azərbaycan Respublikasının İrandakı səfiri sonra belə qeyd edib: Ötən illərdə iki ölkə arasında beş min yük maşını əmtəə mal tranziti ilə məşğul olardı ki, bu rəqəm hazırda ildə on beş min yük maşınına çatıbdır.

Bünyad Hüseynov Təbriz bazarının beynəlxalq və tarixi bir bazar olduğunu bildirərək, söyləyib ki, Azərbaycan Respublikası Bakıda Təbriz bazarı yaratmağa və təbrizli iş adamları ilə iqtisadi və ticari mübadilələrini artırmağa hazırdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button