ArxivXəbər lentiXəbərlər
Bakıda avtomobillərə kütləvi hücum: şüşələr sındırılır, maşınlar qarət olunur – FOTO

Paytaxt Bakıda və Sumqayıt şəhərində bir gecədə çoxlu sayda avtomobilin şüşələri sındırılaraq qarət edilib.
Faktxeber.com məlumat verir ki, oğurluq edən şəxslər gecə saatlarında küçələrdə park edilmiş avtomobillərin pəncərələrini sındıraraq içərisində olan müxtəlif əşyaları aparıblar, sənədləri isə cıraraq yararsız hala salıblar.
Cinayətkarlar maşınlardan səsləndirmə avadanlıqlarını, video reqistratorları və saxlanc yerindəki pul ilə qiymətli əşyaları götürüblər. Avtomobil sahibləri oğurluq hadisələrinin daha çox işıqlandırılmayan küçələrdə baş verdiyini deyiblər.



