Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin martında Bakıda keçirilməsi planlaşdırılır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığında bildirilib.