ArxivIslamXəbər lentiXəbərlər
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi başlayıb

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.
Türkiyə və Gürcüstan hərbi qulluqçuları “Eternity-2019” təlimində iştirak etmək üçün Azərbaycana gəlib.
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edirlər.