Türkiyənin Turqutlu rayonunda yerləşən “Xocalı Şəhidləri Parkı”ndakı lövhə naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Turqay Şirin bildirib. Onun sözlərinə görə, parkın lövhəsinin bəzi hissələri cırılıb, Türkiyə bayrağı isə yerə atılıb. O bu hadisəni qınadığını bəyan edib. Xatırladaq ki, bu park 2015-ci il fevralın 27-də yerli bələdiyyə şurasının qərarı ilə rayonun Turqutlar məhəlləsinin Özgün küçəsində açılıb.