ArxivXəbər lentiXəbərlər

MTN-də yeni həbslər

Nazirliyin 5 vəzifəli şəxsi istintaqa cəlb edilib.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha 5 vəzifəli şəxsi istintaqa cəlb edilib.

Qafqaz.ir-ın Trend-ə istinadən məlumatına görə, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Akif Çovdarovun həbsindən sonra həmin idarənin əməkdaşları – idarə rəisi polkovnik Səlim Məmmədov, şöbə rəisi polkovnik-leytenant Vüqar Muxtarov, idarə rəisi polkovnik Rəsul Rəsulov, idarə rəisinin müavini polkovnik Alı Nəbiyev, idarə rəisinin müavini polkovnik-leytenant Elxan Ömərov istintaqa cəlb olunublar.

Qeyd edək ki, bundan əvvəl həmin Baş İdarənin əməkdaşları – şöbə rəisinin müavini Orxan Osmanov və idarə rəisi Akif Əliyev barəsində Səbail rayon məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button