ArxivXəbər lentiXəbərlər

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilir

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda işə başlayıb.

“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilən 7-ci Qlobal Forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edir.

Forumun açılış mərasimində BMT baş katibi Pan Gi Munun video müraciəti yayımlanıb.

Bu müraciətdə müharibələr və zorakılıqlar nəticəsində çoxlu sayda insanın didərgin düşməsinə işarə edilir və ixtilaflara səbəb olan amillərin aradan qaldırılması vurğulanır.

Sivilizasiyalar arası etimadın yaradılması Pan Gi Munun müraciətində diqqət mərkəzində saxlanılan digər məsələlərdəndir və media sahəsində fəaliyyət göstərənlər bu sahədə təsirli addımlar atmağa dəvət edilir.

Bu mərassimdə Azərbaycan və Türkiyə prezidentləri, İspaniyanın xarici işlər naziri və BMT-nin yüksək səviyyəli rəsmisi çıxış edərək, ifratçılıq və terrorizm ilə mübarizəyə təkid ediblər.

İrandan prezidentin müavini və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri cənab Məsud Sultanifər bu forumda iştirak edib.

M.Sultanifər Bakıda İRİB müxbirinə verdiyi müsahibədə açılış mərasimində edilən çıxışların əsasən 2 il öncə İran prezidenti tərəfindən terrorizm və ifratçılıq ilə mübarizə sahəsində sələndirdiyi fikirlərdən ilham alındığını bildirib və deyib: ifratçılıq ilə mübarizə aparmaq üçün bütün imkanlardan istifadənin edilməsi bütün çıxış edənlərin diqqət mərkəzində duran məsələlərdən idi.

Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısının, 30-a yaxın sessiyanın keçirilməsi planlaşdırılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button