ArxivXəbər lentiXəbərlər

Kanal “On4” yenidən fəaliyyətə başlayacaq

Türkiyədə 2016-cı ildə edilmiş dövlət çevrilişi cəhdindən sonra hadisələrin başında duran Fətullah Gülənə yaxın bütün qurumlara, şəxslərə, media orqanlarına qarşı geniş əməliyyatlar həyata keçirildi. Amma bəzən aidiyyatı olmayanlar da bu təqiblərin qurbanı olub.

FaktXəbər-in məlumatına görə, bu qurumlardan ikisi də Türkiyədə yaşayan şiələrə məxsus On4 TV və Kanal12 idi. Azərbaycanda da geniş auditoriyası olan, heç bir siyasi veriliş yayımlamayan, sadəcə dini-mənəvi maarifləndirici proqramların yayımı ilə məşğul olan TV-lərin rəhbərliyi FETÖ ilə hər hansı bir bağlılıqlarının olmamasını dəfələrlə açıqlasalar da, dəyişən heç bir şey olmadı.

Və artıq dünəndən Türkiyədə Kanal On4-ün açılmasına icazə verilməsi ilə bağlı məlumatlar dolaşır. Bununla bağlı RTÜK-ün qərarı açıqlanıb. TV-nin rəhbəri Kadir Akaras da bu barədə məlumatlı olduqlarını və rəsmi qərarı aldıqdan sonra fəaliyyətə balayacaqlarını deyib.

Kanal12 ilə bağlı məsələdə isə hələlik bir dəyişiklik yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button