ArxivXəbərlər

Bakıda hələ də çadırda yaşayan insanlar var

van_gulistan

Həmin ərazi istirahət zonası, Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Energetika Pansionatının sahəsidir.

Bu gecə mənzilləri qəzalı vəziyyətdə olan bir qrup məcburi köçkün çıxış yolu kimi binalarının həyətində çadır qurublar. Bugun.az ANS TV-ə istinadən bildirir ki, bu insanların həyatı hər an təhlükə altındadır.
Ərazi istirahət zonası, Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Energetika Pansionatının sahəsidir. Hərçənd ki, tonqalın ətrafına toplaşanlar da, istirahət üçün yığılmayıb. Bu sakinlər Qarabağ döyüşlərindən sonra məcburi köçkün düşmüş insanlardır. Təxminən 20 ildən artıqdır ki, pansionatın binalarında məskunlaşmışdılar ki, sakitliklərini bu dəfə də binalarda yaranmış çatlar, qəzalı vəziyyət pozub.
Binanın pilləkənləri bir neçə yerdə uçub, ara kəsmələri kövrəlib, beton dirəkləri armatur konstruksiyaları görünənə qədər ovxalanıb. Elə mənzillərin içərisi də ürəkaçan deyildi. Tavanlar sanki hər an kiminsə, üstünə düşməyə hazırmış kimi görünür. Zirzəmiyə dolan çirkab suların üfunətindən də ki, olmazdı. Çıxış yolu mənzilləri tərk etmək idi. Ancaq çıxıb hara gedəsən? Bina sakinləri məcburiyyət qarşısında qalıb belə bir çadır qurdular. Həm sığınacaq üçün, həm gecələmək üçün. Daha nə deyim, özlərindən eşidək.
Yeri gəlmişkən, bu binalarda təxminən 130-a yaxın ailənin məskunlaşdığını da dedilər. Əvvəllər daha çox olub. Ancaq sonradan bir qismi başqa əraziyə köçürülüb. Bu uçmuş bina da həmin köçürülən sakinlərdən qalmadır.
Binaların qəzalı vəziyyətdə olması rəsmi qurumlar tərəfindən də təsdiqlənib və sakinlərə yaxın zamanlarda başqa yerə köçürüləcəkləri də deyilib. Ancaq zamandan çox zaman var. Görünən isə odur ki, bu gedişlə Energetika Pansionatı çadır pansionatına çevriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button