İstanbulda Səudiyyəyə etiraz, Yəmən xalqına dəstək mitinqi (Foto)

İstanbulda Səudiyyənin hava hücumu zamanı Yəməndə baş verən qətliamlara qarşı etiraz aksiyası keçirilib
İslamazeri.az-ın Zeynebiye.com saytına istinadən verdiyi xəbərə görə, İstanbulda Səudiyyənin Yəmən xalqına qarşı keçirdiyi hava hücumu zamanı baş verən qətliamlara qarşı etiraz aksiyası təşkil edilib. Adı çəkilən aksiya Halkalı qəsəbəsində Zeynəbiyə Gənclər Təşkilatı tərəfindən təşkil edilib. İnsanlar Yəmən bayraqları və Yəmən xalqına dəstək verən sözlər yazılmış lövhələrlə Səudiyyə rejiminə etiraz şüarları səsləndirərək, yürüş keçiriblər. Aksiyada Səudiyyənin Yəməndə törətdiyi qətliamlar pislənilib, onlara dəstək verən ölkələr tənqi olunub. İstanbulda Səudiyyəyə etiraz. Yəmən xalqına dəstək aksiyası (Foto)