Bakıda möminlərin irimiqyaslı iştirakı ilə Əziz İslam Peyğəmbəri(s.ə.s)-in qızı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın səadətli viladəti və Analar Günü münasibəti ilə möhtəşm şənlik tədbiri keçirilib.
ötən gecə şam və xıftən namazlarından sonra İranlıların Bakıdakı Əhli-Beyt (ə) hüseyniyyəsində keçirilən bu mərasimdə Azərbaycan Respublikası xalqının müxtəlif kütlələri iştirak ediblər.
Şirni paylamaq və mövludiyyələrin oxunması bu mərasimin proqramlarından olub.
Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətülislam Vəlmüslimin Ocaqnejad etdiyi çıxışında Həzrət Zəhra(s.ə)-nın fəzilətlərini bəyan edərək deyib: O böyük və nurlu qadın təkcə qadınlar deyil, kişilər üçün də örnək və ülgü hesab olunur.
Höccətülislam Vəlmüslimin Ocaqnejad möminlər və həqiqət ardınca olanların o əziz xanımın nurundan yararlanmaları və onun səciyyəvi şəxsiyyətindən örnək götürmələrini vurğulayıb.