Bakıda Qaimi Ali-Məhəmməd, Həzrət Mehdi(əc)-in səadətli mövlud günü ilə bir vaxtda şənlik mərasimi keçirilib.
Bakıdakı Şəhriyar Evində keçirilən bu mərasimdə Azərbaycan Respublikasında Əhli-Beyt(ə)-ın vurğunları və dövrün və zamanın sahibini gözləyənlər və onun aşiqləri tükənməz arzularla toplaşıblar ki, öz mövlalarına olan vurğunluqlarını ifadə etmiş olsunlar.
İranın Azərbaycan Respublikasındakı mədəniyyət attaşesi Əsğər Farsi bu mərasimdə Həzrət Mehdi(əc)-in zühuru fəlsəfəsinin və o həzrətin intizarını çəkənlərin özəlliklərini bəyan edib.
Azərbaycan Respublikasında Əhli-Beyt(ə) şairləri də bu mərasimdə özlərinin “Qeyb və Həzrət Mehdi(əc)-in zühuru” mözulu şairanə ürək sözlərini qiraət ediblər.
Bu mərasim Bakıdakı Əhli-Beyt(ə) mədhiyyə qruplarının mədhiyyə oxumaları ilə davam edib və sonda iştirakçılar Həzrət Mehdi(əc)-in zühurunun tezləşməsini dua ediblər.