ArxivXəbər lentiXəbərlər

Bakıda iki nəfər silahlı şəxs saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi İlə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə qafqaz.ir  Faktxeber.com-a  istinad verilib .Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhər sakini Ağami Seyidhüseynov tutulub. Onun Şirvan şəhərində yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button