Xəbərlər

Bakıda İmdad Komitəsinin fəaliyyəti dayandırılır

Azərbaycan Respublikası rəsmilərinin qeyri-qanuni, açıq-aşkar və gizli təzyiqləri nəticəsində İmam Xomeyni (rə) İmdad komitəsinin Azərbaycan Respublikasının yoxsullarına yardımlar üzrə humanitar fəaliyyətləri rəsmən dayandırılacaq.

Məlumatlı bir mənbə Beynəlxalq Səhər telekanalına bildirib ki, İmam Xomeyni (rə) İmdad Komitəsinin Bakıdakı filialının fəaliyyətinin dayandırılması qətiləşib və tezliklə Bakıda bir tədbirdə bu komitənin Azərbaycan Respublikasında fəaliyyətinin dayandırılması elan olunacaq.
İmam Xomeyni (rə) İmdad Komitəsinin Azərbaycan Respublikasında ehtiyaclılara, Qarabağ şəhid ailələri və müharibə əlillərinə yardımlar üzrə 20 il humanitar fəaliyyətindən sonra son aylar ərzində Azərbaycan Respublikası rəsmiləri bu komitəyə qarşı qeyri-qanuni təzyiqləri tətbiq etməklə bildiriblər ki, bu komitənin yardımlarına artıq ehtiyacları yoxdur!
Bundan öncə də Azərbaycan Respublikası ehtiyaclılarının kəskin narazılığına baxmayaraq, rəsmi Bakı İmam Xomeyni (rə) İmdad Komitəsinin Bakıdakı İmam Əli (ə) klinikasının fəaliyyətini dayandırmağa vadar etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button