Aktual
17 Qafqaz şəhərini İrana qaytarmaq Hitlerin Rza şaha verdiyi puç vəd

Ərdəbilin imamcüməsi siyasət dünyasından həyanın köç etdiyini deyib, bildirdi:
Ötən 80 ildə zalım və kibirli şəxslərin törətdikləri müharibələr nəticəsində 175 milyondan artıq günahsız insan öldü. İkinci dünya müharibəsində Hitler Rza şaha Türkmənçay və Gülüstan müqavilələrində İrandan ayrılmış 17 şəhəri ona geri qaytaracağını vəd verdi və Rza şah səhvə yol verib günahsız insanların qətliamına şərik oldu. Sonda onu hakimiyyətə gətirmiş ingilislər tərəfindən çox pis şəraitdə sürgün edildi. Tarix boyu bir çox hakimlər bu şəkildə zülmə, hegamonluğa əyiliblər.
Ayətullah Seyid Həsən Amili Ərdəbil şəhərinin bu həftəki cümə namazı xütbəsində bildirdi:
BMTnin İİR-nın əleyhinə bəşər hüquqlarını tapdamaq ittihamı ilə verdiyi qətnamə tam siyasi bir addımdır və bu təşkilatın Amerika və sionist rejimi himayə etməsini göstərir. Bu qətnamə həqiqətə qarşıdır.
Qafqaz Mədəniyyət Mərkəzinin məlumatına görə Həsən Amili İrandakı siyasi məhbuslar barəsində Əhməd Şəhidin qərəzli və birtərəfli sözlərinə işarə edərək bildirdi:
BMT və digər beynəlmiləl təşkilatlar heç zaman Amerikanın əleyhinə qətnamə verməyiblər. Onlar öz ziddiyyətli rəftarları ilə dünayaya sübut ediblər ki, Amerikanın hədəflərinə uyğun hərəkət edən hər bir ölkə bu təşkilatın hücumundan amandadır. Lakin Amerika və sionist rejimin qeyri-qanuni tələbləri üçün təhlükə olan müstəqil və azad ölkələr hər gün BMTnin puç qətnamələri ilə qarşılaşırlar. Nə üçün BMT və bəşər hüquqlarının müdafiəçiləri 70 ildən artıq məntəqədə qan tökən sionist rejimi məhkum edib, günahsız insanların hüquqlarını müdafiə etmirlər?
Ərdəbilin imamcüməsi söhbətinə belə davam etdi: Amerika mənasız bəhanələr və kütləvi qırğın, həmçinin kimyəvi silah axtarmaq bəhanəsi ilə Avropa ölkələrilə əl-ələ verib İraqa hücum etdi, lakin bir il ötməmiş bildi ki, heç bir kimyəvi silah yoxdur. Lakin bu günədək heç kəs cəsarət edib cinayətkar Amerikadan İraqda törəddiyi qətillərin hesabını istəməyib.
Amili sionist rejimin ərəb ölkələri, xüsüsi ilə Ərəbistan ilə son rabitələrindən pərdə görürərək bildirdi: Ərəbistan iki adasını bu qondarma rejimə verib, lakin hər gün ərəb şeyxləri onlara aid olmayan adalara sahib olmaq üçün İİR əleyhinə qətnamə verirlər.
Amili Əhməd Şəhidin İrandakı siyasi məhbuslar barəsində yalançı və diktatorların, kibirli dövlətlərin istəklərinə uyğun sözləri haqda dedi: Bu ölkədəki siyasi məhbuslar şah dövründəkinin əksinə olaraq son illərdə elə bir həddə azadlığa malikdirlər ki, ölkənin böyüklərinə açıq məktublar yazırlar, onlarla dərdləşir, sözlərini deyirlər.
Ayətullah Amili Amerikanın yalançı şüarlarla milli hakimiyyətləri yox etmək və bəşər hüquqlarını tapdamağa çalışdığını deyib, qeyd etdi: Onlar “demokratiya”, “terorla mübarizə”,” azadlığın müdafiəsi” və sair bu kimi yalançı şüarlarla yalnız öz mənfəətləri üçün çalışırlar. Amerika özü ölkələrin milli hakimiyyətlərini yox etməyə çalışır. Bu ölkə başçılarından biri bir dəfə qəribə olsa da bildirdi ki, hansısa bir quruluşun və hökümətin qanuniliyi xalqın səsi ilə yox, dünəvi qəbuletmə ilə ölçülür.
O xütbələrin davamında Həzrəti Abbas biriqadasının fədakar döyüşçüsü Mehdi Muradinin ölkənin şimal-qərb məntəqəsində şəhid olması münasibətilə başsağlığı verib dedi: Bu xalqın rəşadətli övladları ölkənin şimal-qərb məntəqəsində daim küfr dəstələri ilə mübarizə aparır və Türkiyədə saysız cinayətlər törətmiş, ölkə əhalisinin 40 minini qətl etmiş PKK kimi qrupların cinayətlərinin qarşısını alırlar.
Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!