ArxivXəbər lentiXəbərlər

Xocasənə qaz verilmir: Sakinlər yolu kəsdi

Oktyabrın 17-də Xocasən qəsəbəsinin sakinləri yolu kəsməyə cəhd ediblər.

Hadisə yerinə gələn Post Patrul xidmətinin əməkdaşları sakinlərin yolu kəsmələrinə mane olub.

Etirazçılar deyir ki, yağışlı havada onları bir araya gətirən problemləridir. Evlərinə qaz gəlmir.

Xocasənlilər prezidentə müraciət yollamaq üçün imza toplayırlar. Aksiya iştirakçılarının deməsinə görə, Xocasənə 4 ildən çoxdur qaz verilmir. Balon qazından istifadə etdiklərinə görə, evi yananlar da olub.

Aksiyanı eşidib gələn Xocasən bələdiyyəsinin sədri Anar Abbasov bildirib ki, havanın sərtləşdiyinə görə ümumi qaz çatışmazlığı yaranıb. Sakinlər isə yay-qış qazsız yaşadıqlarını deyir.

Xocasənlilərin etirazlarından sonra hadisə yerinə gələn Binədi rayon Qaz İstismarı İdarəsinin nümayəndəsi də bildirib ki, günorta saatlarında qaz veriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button