ArxivXəbər lentiXəbərlər

Bakıda İranın iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 120 ölkə, o cümlədən İranın nümayəndələrinin iştirakı ilə Azərbaycan paytaxtı Bakıda işə başlayıb.

İRNA-nın məlumatına görə, bu Ümumdünya Forumu cümə günü Azərbaycan prezidenti İlham Əliyev, müxtəlif ölkələrin mədəniyyət və bəzi beynəlxalq təşkilatların rəsmiləri, o cümlədən İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının mədəni irs araşdırmalar mərkəzinin rəhbəri Seyid Məhəmməd Behiştinin başçılıq etdiyi dörd nəfərlik heyətin iştirakı ilə Bakıda keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev etdiyi çıxışında bu forumun keçirilməsində məqsədi müxtəlif xalqlar arasında dialoqların inkişafına kömək adlandırıb.

İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının mədəni irs araşdırmalar mərkəzinin rəhbəri Seyid Məhəmməd Behişti bu iki günlük forumun kənarında verdiyi açıqlamada tarix boyu İranın mədəniyyət sahəsinin önəmli rolunu qeyd edib: Mərkəzi Asiya və Qafqaz ölkələri, Əfqanıstan, Pakistan, Türkiyə və İraq bir mədəniyyət sahəsini təşkil edən ölkələri dilər və onun xüsusi cəhətlərindən biri beynəlxalq inteqrasiya yəni şərq və qərb arasında əlaqənin qurulması olmuşdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button